“Telekom” voleybol klubunun Çempionlar Liqası üçün heyəti açıqlanıb

Bakının qadınlardan ibarət “Telekom” komandası Avropa Voleybol Konfederasiyasına sifariş vərəqini göndərib.

Etikxeber.az xəbər verir ki, “Telekom” klubu Çempionlar Liqasında 13 voleybolçunun gücündən istifadə edəcək.

“Telekom”un Çempionlar Liqası üçün heyətində toppaylayıcılar – Yana Əzimova (Azərbaycan), Sladyana Mirkoviç (Serbiya), hücumçular – Anastasiya Baydyuk, Yelizaveta Səmədova, Marqarita Əzizova, Anastasiya Bessonova (hamısı Azərbaycan), Yovana Vesoviç (Serbiya), Kseniya İvanoviç (Monteneqro), blokçular – Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva (Bolqarıstan), Olena Həsənova (Azərbaycan), liberolar – Mariya Filipova (Bolqarıstan) və Ülkər Kərimova (Azərbaycan) yer alıblar.

Komandanın məşqçilər korpusuna Zoran Qayiç rəhbərlik edəcək. Vasif Talıbov, Xanlar Ələkbərov, Dord Nahod (seleksiyaçı məşqçi) və Filip Pavçiç (fizioterapevt) isə ona köməklik edəcəklər.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.

Etikxeber.az

Read Previous

Dövlətə yanlış məlumat verən sahibkarlar 1500 manata qədər cərimələnəcək

Read Next

Beynəlxalq Kanoe Federasiyasının prezidenti vəzifəsinə seçkilər Bakıda keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir