“Televiziyalarda olduğu kimi kinoda da işi sahiblərinə tapşırmadıqca, hamının başı sənətdə xırda piştaxtaları işlətməyə qarışacaq”-FAZİL MUSTAFADAN İRAD

Bizdə baş qarışıqdır, kino sahəsində fəxri adı olmayanların axtarışı gedir. Yəni, kino çəkdin- çəkmədin, hamının mütləq fəxri adı olmalıdır.

Etikxeber.az xəbər verir ki, bunun parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Qeyd edib ki, ermənilərin qondarma “Artsax” adlandırdıqları ərazidə aparılan müharibəyə həsr olunan “Gate to Heaven” adlı filmi Ontario Beynəlxalq Film Festivalında 4 nüfuzlu mükafatdan birini qazanıb. Bizdə isə baş qarışıqdır, kino sahəsində fəxri adı olmayanların axtarışı gedir.

“Yəni, kino çəkdin- çəkmədin, hamının mütləq fəxri adı olmalıdır. “Tərəqqi” medalı da öz yerində. Bilmirəm, beynəlxalq arenaya çıxarmaq istədiyimiz 44 savaşın gerçəklərini, xüsusilə də Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalinin qətl edilməsini hansısa filmdə əks etdirmişikmi və haçansa bunu dünyaya çıxaracağıqmı? Hər halda bu sahədə ermənilərin geniş iş apardıqları ortadadır.

Tədbirlər, bayramlar, fişənglər öz yerində, bu kimi vacib sahələrə də diqqət yetirmək lazımdır. İlk başdan kim təbliğatda üstələdisə, prosesi də o yönəldəcək. Sonra da oturub pullar ayıracağıq ki, necə edək bu filmləri ayrı-ayrı ölkələrdə ekranlardan yığışdıraq. Ən doğru yol keyfiyyətli alternativləri yaratmaq yoludur.

Televiziyalarda da olduğu kimi kinoda da işi sahiblərinə tapşırmadıqca, hamının başı sənətdə xırda piştaxtaları işlətməyə qarışacaq. Söhbət son illərdəki teleseriallarımıza bənzər yerli mallardan getmir, dünya səviyyəsinə və parametrlərinə uyğun gələn filmlərin yaradılmasından gedir”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən-DÖVLƏT RÜSUMU DƏYİŞİR…

Read Next

Rövşən Əkbərov Milli Qəhrəman adından və general rütbəsindən niyə məhrum edilməyib?-BAŞ PROKURORDAN AÇIQLAMA GƏLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir