Telli Pənahqızı koronavirusdan dünyasını dəyişən-SƏYYAD ƏLİZADƏDƏN YAZDI…

Əlvida, əziz dost, əlvida, dəyərli insan, əlvida,qardaş!

Bu gedişi heç sənə yaraşdırmadım, bu gediş heç sənin gedişin olmadı.

Axı,sən bu qədər vəfasız, etibarsız ola bilməzsən!

Hər işin yarı-yarımçıq, arzuların, planların, görmək istədiklərin, gerçəkləşdirməyə tələsdiyin işlərin yarımçıq…

Şəhlayla, Atabəylə qurduğunuz planlar yarımçıq…

Sən sevgili can yoldaşının təklənməsinə necə qıydın?

Doğmalarına, dostlarına, sənin səsini, insanlığını hər zaman qiymətləndirən milyonlarla tamaşaçını niyə tərk etməyə tələsdim?

Niyə, niyə axı, niyə…

Telli PƏNAHQIZI

P.S. Qeyd edək ki, tanınmış müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxmuş və səhhəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Lakin bütün səylərə baxmayaraq, 63 yaşlı sənətçinin həyatını xilas etmək mümkün olmadı, cəmi saatlar öncə koronavirusdan dünyasını dəyişdi.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Füzulidən Qırmızı Bazaracan uzun və şərəfli döyüş yolu keçən, cəmi 19 yaşında qəhrəmanlıqlar və igidliklər göstərən Qazi oğlu, 3 medallı-QAZİ NAİL MİRZƏYEV… – FOTOLAR

Read Next

Xüsusi karantin rejimi çərçivəsində bəzi yumşalmalar olacaq-BU GÜNDƏN…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir