Temperatur mənfi 17 dərəcəyədək endi-ŞİMAL BÖLGƏSİNDƏ

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Modern.az xəbər verir ki, yanvarın 23-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək düşüb. 

Ən çox qar Qusar rayonu ərazisində qeydə alınıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatıb. 

Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir. 

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.

Etikxeber.az

Read Previous

Fəzail Ağamalıdan növbəti-QƏLƏBƏLİK – FOTO-VİDEO

Read Next

237 nəfər-deputatlığa namizədliyini geri götürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir