“Terrorçu deyiləm…” – ATAMBAYEV GERİ ÇƏKİLMƏK FİKRİNDƏ DEYİL – FOTO

Mandatory Credit: Photo by IGOR KOVALENKO/EPA-EFE/Shutterstock (10323055d) Ex-president of Kyrgyzstan Almazbek Atambayev, and his supporters are present at a meeting with journalists in the village of Koy-Tash near Bishkek, Kyrgyzstan, 27 June 2019. Deputies of the Kyrgyz parliament today lifted the immunity and status of Ex-President from Almazbek Atambayev. Kyrgyz EX President Almazbek Atambayev, Bishkek, Kyrgyzstan – 27 Jun 2019

Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti Almazbek Atambayev avqustun 7-dən 8-nə gecə keçən “Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib.

Etikxeber.az xəbər verir ki, Atambayev müraciətində deyib:

“Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın”.

Atambayev güc strukturlarına da müraciətlə deyib ki, bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız.

“Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”.

Sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.

Qeyd edək ki, Atambayevin həbsi ilə bağlı əməliyyatlarda azı bir nəfər ölüb, 60 yaxın insan yaralanıb.

Vəziyyət gərgin olaraq, qalmaqda davam edir.

attt

Etikxeber.az

Read Previous

“Krımın ilhaqını tanımırıq” – ƏRDOĞANDAN PUTİNİ QIZDIRACAQ SÖZLƏR – FOTOLAR

Read Next

“Ərdoğan Rusiya ilı sıx münasibətlər qurub deyə, Krımın ilhaqını həzm etməlidir?” – POLİTOLOQ HİRSLƏNDİ VƏ ETİRAZ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir