Terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb

İstanbulda kamikadze olduğu ehtimal edilən iki şəxs saxlanılıb.

Etikxeber.az bildirir ki, APA-nın  “Yeni Safak”a istinadən verdiyi xəbərə görə, saxlanılanların  “Bunyod” və “Zubeyr” kod adı altında qeydə alınmış  Özbəkistan və Tacikistan vətəndaşı olduğu bildirilir.

Məlumata görə, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Məhkəmə artıq onlar barəsində həbs qətimkan tədbiri seçib.

Terrorçu kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə Özbəkistan və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilir. Sonuncuların ölkədən deportasiya ediləcəyi gözlənilir.

Saxlanılanların kimliyi açıqlanmır.

Etikxeber.az

Read Previous

Deputat gəlinlik və kostyumla kürsüyə çıxmaq istədi – QALMAQAL

Read Next

Avropa Məhkəməsinin Ilqar Məmmədovla bağlı qərarı bizim üçün vacibdir – BRİNK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir