Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Sankt-Peterburqda metro patlayışının “müəllifliyə” iki real qüvvə iddia edə bilər. Bu aksiya ya Şimali Qafqazda məskunlaşan gizli qrupların təlimatıyla həyata keçirilib, ya da əmr DAİŞ-dən gəlib. Əslində bunların ikisi arasında fərq yoxdur. Çünki DAİŞ Rusiyanın şəhərlərində terror törətmək istəyirsə, ya keçmiş Şimali Qafqazdakı müttəfiqlərinə, ya da Mərkəzi Asiya mənşəli terrorçularına müraciət etməlidir”.
Etikxeber.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, aydındır ki, ərəb mənşəli DAİŞ üzvünün Rusiya şəhərlərində qərar tutub terror aksiyası həyata keçirməsi real deyil. DAİŞ-in rus dilini bilən və keçmiş SSRİ məkanından olan üzvləri Sankt-Peterburq metrosunu partlada bilərdi:
“Bəs niyə hədəf kimi Sankt- Peterburq seçilib? Axı buna qədər Moskvadan fərqli olaraq Sankt-Peterburqda bu böyüklükdə terror hadisəsi qeydə alınmamışdı.
Məncə, terrorçular bu dəfə Moskvanı yox Sankt-Peterburqu hədəf seçməklə birbaşa Rusiya prezidenti Vladimir Putinə mesaj yollayıblar. Putin Sankt-Peterburqda doğulub və həyatının böyük hissəsi bu şəhərdə keçib. Sankt-Peterburq onun üçün Moskadan əzizdir, hətta ən mötəbər qonaqlarını tez-tez Sankt-Peterburqda qəbul edir. Elə partlayış günü də Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşürdü. Terrorçuların mesajını belə oxumaq lazımdır:
“Biz Sənin dogma və buna qədər təhlükəsiz saydığın şəhəri də hədəf götürə bilərik”.
O, deyib ki, terrorçular bu dəfə Putinə meydan oxudular:
“Rusiya prezidenti buna cavab olaraq terroru həyata keçirənləri və planlaşdıranları qısa müddətdə neytrallaşdırmalıdır.
Əks halda bu partlayış onun nüfuzuna zərər vuracaq”.
Etikxeber.az