“Terrorçular bu dəfə Peterburqu hədəf seçməklə Putinə mesaj yollayıblar…” – POLİTOLOQ

“Sankt-Peterburqda metro patlayışının “müəllifliyə” iki real qüvvə iddia edə bilər. Bu aksiya ya Şimali Qafqazda məskunlaşan gizli qrupların təlimatıyla həyata keçirilib, ya da əmr DAİŞ-dən gəlib. Əslində bunların ikisi arasında fərq yoxdur. Çünki DAİŞ Rusiyanın şəhərlərində terror törətmək istəyirsə, ya keçmiş Şimali Qafqazdakı müttəfiqlərinə, ya da Mərkəzi Asiya mənşəli terrorçularına müraciət etməlidir”.

Etikxeber.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, aydındır ki, ərəb mənşəli DAİŞ üzvünün Rusiya şəhərlərində qərar tutub terror aksiyası həyata keçirməsi real deyil. DAİŞ-in rus dilini bilən və keçmiş SSRİ məkanından olan üzvləri Sankt-Peterburq metrosunu partlada bilərdi:

“Bəs niyə hədəf kimi Sankt- Peterburq seçilib? Axı buna qədər Moskvadan fərqli olaraq Sankt-Peterburqda bu böyüklükdə terror hadisəsi qeydə alınmamışdı.

putin-maraqli-300x225

Məncə, terrorçular bu dəfə Moskvanı yox Sankt-Peterburqu hədəf seçməklə birbaşa Rusiya prezidenti Vladimir Putinə mesaj yollayıblar. Putin Sankt-Peterburqda doğulub və həyatının böyük hissəsi bu şəhərdə keçib. Sankt-Peterburq onun üçün Moskadan əzizdir, hətta ən mötəbər qonaqlarını tez-tez Sankt-Peterburqda qəbul edir. Elə partlayış günü də Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Sankt-Peterburqda görüşürdü. Terrorçuların mesajını belə oxumaq lazımdır:

“Biz Sənin dogma və buna qədər təhlükəsiz saydığın şəhəri də hədəf götürə bilərik”.

sankt

O, deyib ki, terrorçular bu dəfə Putinə meydan oxudular:

“Rusiya prezidenti buna cavab olaraq terroru həyata keçirənləri və planlaşdıranları qısa müddətdə neytrallaşdırmalıdır.

Əks halda bu partlayış onun nüfuzuna zərər vuracaq”.

Etikxeber.az

Read Previous

“Gücləndirilmiş iş rejiminə keçilməsi barədə xəbərlərin heç bir əsası yoxdur” – DİN

Read Next

İbrahimpaşa Dadaşov küçəsində nəqliyyatın hərəkəti hissə-hissə məhdudlaşdırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir