“Terrorçuluqla bağlı məqam ortaya gətirilərkən daha çox İran vasitəsilə Ermənistana keçən PKK və digər terrorçular nəzərdə tutulur…”-BƏHRUZ MƏHƏRRƏMOV

Bir neçə gün əvvəlk İranın Ali lideri Xamneyi bəyanat verdi. Azərbaycan torpaqlarından işğaıçı ordunun çıxması və ərazi bütövlüyünün vacibliyinin qeyd edilməsi sözsüz ki, alqışlanmalıdır. Ancaq unutmayaq ki, bu beynəlxalq hüqququn tələbidir. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyi BMT daxil olmaqla onlarla beynəlxalq təşkilatın qərarında var.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O, təəssüflə qeyd edib ki, bu gün Ermənistan yanacağı İran vasitəsilə əldə edir:

“Əlbəttə, iki dövlət arasında əməkdaşlıq onların süveren hüququdur. Amma bu tərəflərindən biri təcavüzkardırsa, bu haqda düşünmək lazımdır”.

B. Məhərrəmov xatırladıb ki, İranın Ali rəhbərinin bəyanatında terrorçular haqqında da ifadə öz əksini tapıb.

 “Ümid edirəm ki, terrorçuluqla bağlı məqam ortaya gətirilərkən daha çox İran vasitəsilə Ermənistana keçən PKK və digər terrorçular nəzərdə tutulur”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ali təhsil diplomlarının tanınması proseduru-TƏKMİLLƏŞDİRİLDİ – DƏYİŞİKLİK

Read Next

“Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır…”-AQİL ABBAS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir