“Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə əsas mövzu olaraq qalır” – MURADOVA ATƏT PA-YA SƏSLƏNDİ

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin iclası davam edir.

Təşkilatın sədri Georgi Seretelinin məruzəsi ətrafında çıxışlar başlanıb.

Etikxeber.az xəbər verir ki,  Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışında  qeyd edib ki, davamlı inkişaf sülhün, sabitliyin, firavanlığın, demokratiyanın və insan haqlarının müdafiəsinin təmin edilməsi üçün zəruri şərtdir.

O, 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılmasına və iqlimin müdafiəsinə yönəlmiş təxirəsalınmaz tədbirlər görməyə, habelə zorakı ekstremizmin, kütləvi miqrasiyanın və münaqişələrin qarşısının alınması məqsədi ilə dialoqa şərait yaratmağa çağırıb.

bahar-luksem

“Terrorizmə, korrupsiyaya və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə təhlükəsizlik sahəsində gündəliyimizin əsas mövzusu olaraq qalır” – deyən B.Muradova daha sonra xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə ATƏT PA-nın himayəsi altında İpək Yoluna Dəstək Qrupu və Bakı Parlament Platforması yaradılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: “Məhz milli, regional və qlobal miqyaslı bu cür təşəbbüslər 2030-cu il gündəliyinin hədəflərinə nail olmaqda parlamentarilərin rolunun artırılmasına şərait yaradacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bütün zəfərlər Azərbaycanımızın, bütün zəfərlər, qələbələr cənab prezidentimizlə olsun” – JALƏ ƏLİYEDAN PREZİDENTƏ MİNNƏTDARLIQ

Read Next

Özbəkistan “İpək Yoluna Dəstək Qrupu”na qoşuldu – AZAY QULİYEV YENİDƏN SƏDR SEÇİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir