Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
11 il əvvəl ADNA-da baş vermiş terror aktının qurbanı olan insanlarımızı rəhmətlə anır, bu terroru təşkil edən və törədənləri lənətləyirik.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.
“Nur içində yatsın qardaş-bacılarımız. Onları heç zaman unutmadıq, unutmuruq və unutmayacağıq!”-deyə, Q. Paşayeva əlavə edib.


“Qanlı ADNA hadisəsindən 11 il ötür. Düz 11 il öncə, yəni, 2009-cu ilin 30 aprel tarixində baş verən terror hadisəsi planlaşdırılmış şəkildə törədilmişdi”.
Bunu isə millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.
Millət vəkili deyib ki, terrorun və terrorçunun vətəni və dini yoxdur:
“Terrorçu törətdiyi çirkin əməllərlə günahsız insanları hədəfə alır. Hamıya məlumdur ki, universitetdə baş verən hadisə ermənilər tərəfindən maliyyələşdirilmiş Gürcüstan vətəndaşı Mardun Qumaşyan tərəfindən planlaşdırılıb. Burada da bir sıra motivlər var idi. Bu hadisə törədilən zaman Ermənistanda mənəvi-siyasi böhran idi. Həmin vaxt bu hadisəni Azərbaycanda törətməklə Ermənistan böyük bir diqqəti özündən yayındırmaqla Qafqazda stabil, sabit ölkə olduğunu sübut etməyə çalışırdı. Bununla da özünün kəşfiyyat orqanları, əlaltıları vasitəsilə Azərbaycanda terror törətməyə cəhd etdilər və təəssüflər olsun ki, buna nail oldular”.
Millət vəkili bununla belə bildirib ki, Azərbaycanda stabillik, sabitlik var:
“Bu cür terror törətməklə Azərbaycanda heç bir çevriliş edilmədi. Amma həmin hadisədə bizim müəllim və tələbələrimiz həlak oldu. Hər bir Azərbaycan vətəndaşı onların ailələri ilə birlikdə bu ağrını çəkir. Azərbaycanla mübarizə apara bilməyənlər bu cür cılız və amansız terror hadisələri törətməklə ölkəmizdə çaxnaşma yaratmaq istəyirlər. Onların məqsədi Azərbaycanda qeyri-stabilliyin olmasını yaratmaq və beynəlxalq təşkilatların fikirlərini ölkəmizə qarşı əks istiqamətə yönəltməkdir. Ancaq heç zaman buna nail ola bilməyiblər və bundan sonra da nail ola bilməyəcəklər. Azərbaycan xalqı və dövləti buna heç zaman imkan verməyib və bundan sonra da imkan verməyəcək. Hər kəs gərəkdiyi cavabını alıb və bundan sonra da alacaq!”
Etikxeber.az





