Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biləsuvar-Bəhrəmtəpə yolunda avtomobillərin həddə əməl etməməklə sürətlə hərəkəti insanları narahat edir və onlar yolun kənddən keçən hissəsində sürət həddinə nəzarət edən radar sisteminin qurulmasını xahiş edirlər.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Seçicilərimizlə aylıq görüş çərçivəsində vətəndaşları yerində dinləmək üçün Nəsimikənddə olduq, kəndin küçələrini gəzib vətəndaşlarla görüşdük. Həyat varsa, təbii ki, problem də var. Nəsimikənd də bu qəbildən. Kənd sakinləri iddia edir ki, texniki su onlara içməli su qiymətinə satılır, habelə, suyun qiymətləri onları qane etməyən formada hesablanır və nəticədə əsassız borc yığılır”-deyən millət vəkili bildirib ki, o, məsələni “Azərsu” rəsmiləri ilə müzakirə edəcək.
“Həmçinin, kəndi iki hissəyə bölən Biləsuvar-Bəhrəmtəpə yolunda avtomobillərin həddə əməl etməməklə sürətlə hərəkəti kənd sakinlərini narahat edir və sakinlər yolun kənddən keçən hissəsində sürət həddinə nəzarət edən radar sisteminin qurulmasını xahiş edirlər. Bundan başqa, kəndin mərkəzi küçəsi asfalt olsa da, bir neçə küçədə yollar bərbad vəziyyətdədir.
Eyni zamanda, kənddə bir küçə üzrə elektrik xətlərinin olmaması yaxud, kustar üsulla xətlərin çəkilməsi davamlı olaraq elektrik enerjisi kəsintisinə və nəticədə məişət avadanlıqların sıradan çıxmasına səbəb olur, o cümlədəb, kustar elektrik xətti insanların həyatı üçün təhlükəyə yol açır. Problemləri aidiyyatı üzrə DİN, Avtomobil Yolları Dövlət Agentliyi və Azərişıq ASC-nin rəhbərliyi ilə müzakirə edəcəyəm”-deyə, o, əlavə edib.
Etikxeber.az