“Tezliklə belə qüsur aradan qaldırılmasa…” -KAMRAN NƏBİZADƏ – YENİLƏNİB

Qazax rayonunda dövlət bayrağının cırılmış halda rayon mərkəzində dalğalanması və rayon İcra Hakimiyyətinin buna səssiz qalması məsələsi ətrafında mübahisə və müzakirələr səngimək bilmir.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən rayondan olan millət vəkili Kamran Nəbizadə də sosial şəbəkələrdə paylaşılan foto və onun ətrafında gedən diskussiyalara öz münasibətini ifadə edib.

O, “Facebook” statuslarından birinə yazdığı şərhində (açıqlamasında) bunları qeyd edib:

“Birincisi 4 saat bunadan öncə, Siz paylaşdığınız zaman, Qazaxda Bayraq meydanında dalğalanan bayrağımızın son durumu belə deyildi. İkincisi, bu, çox köhnə şəkildir. Üçüncüsü, texniki səbələrdən belə hadisə baş verə bilər, hətta, baş verib də müxtəlif şəhərlərdə.

qazab-bayraq

kamran nabizade

kamran-bayraq

Bu, küləyin sürəti ilə, parçanın yarasız hala düşməsi ilə və ya digər texniki səbəblərlə bağlı ola bilər. Bu, təbii haldır, amma yalnız tezliklə belə qüsur aradan qaldırılmasa, onda aidiyyəti olan məmurların vəzifə məsuliyyətsizliyi haqqında danışmaq olar…”.

Rauf (1)

Qeyd edək ki, bu fotonu-görüntünü “Yeni Müsavat” qəzetinin baş fredaktoru Rauf Arifoğlu bu gün öz “Facebook” səhifəsində paylaşmış və buna görə Qazax rayon İcra Hakimiyyətinin başçısını ittiham etmişdi.

Eyni zamanda, baş redaktor millət vəkilinin şərhinə yazdığı şərhində yenə də öz sözlərinin üstündə durduğunu, fotonun köhnə deyil, təzə olduğunu vurğulayıb:

“… Mən çoxlarından fərqli olaraq, yaydığım məlumatların məsuliyyətini və cavabdehliyini anlayıram. Deputatsınız, lütfən kimi yalanladığınızı və bu zaman özünüzün bizim gözümüzdə yalançı duruma düşdüyünüzü anlayın”.

***

K. Nəbizadə də öz növbəsində baş redaktota belə cavab verib:

“Mən dediyimə və yazdığıma cavabdehəm. Bu hadisə baş verib bu gün saat 16-15 də, saat 16-32 də qüsur artıq aradan qaldırılmışdır…”.

Deputat sonra bayrağın son durum fotosunu paylaşıb.

Etikxeber.az

 

Read Previous

Fransa ikinci dəfə dünya çempionu oldu – FRANSA- XORVATİYA -4:2 – FOTO- YENİLƏNİB – (7)

Read Next

Ən qəddar qadın terrorçunun növbəti hədəfi Türkiyədir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir