Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətəndaşlarımz tərəfindən son vaxtlar mənə ünvanlanan əsas müraciətlərdən biri də regionlarda yaşayan dağınıq skleroz xəstələrinin üzləşdiyi çətinliklərlə bağlı idi. Daxil olan müraciətlərdə ölkə Prezidentinin bu xəstəliklə mübarizə çərçivəsində həyata keçirdiyi kompleks tədbirlərin əhali tərəfindən rəğbətlə qarşılandığı öz əksini tapmışdır. Bu səbəbdən dövlət başçısına dərin minnətdarlıq ifadə olunub. Eyni zamanda, xəstəliyin daşıyıcısı olan və əsasən regionlarda yaşayan bəzi vətəndaşlarımız dövlət hesabına dərmanla təmin olunmaq, habelə xəstəliyin müalicəsi və profilaktikası məsələlərində müəyyən çətinliklərlə üzləşdiklərini də bildiriblər.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elşad Mirbəşir deyib.
“Diqqətə çatdırmaq istərdim ki, bu məsələni müvafiq strukturlar qarşısında artıq qaldırmışam və müsbət həll olunması istiqamətində bütün gücümlə çalışıram. İnşallah, tezliklə real nəticələrə nail olacağıq. Xatırladım ki, ölkə rəhbəri tərəfindən qəbul olunan dövlət proqramlarına əsasən, dağınıq skleroz xəstələrinin müalicəsi, profilaktikası və xəstəliklə mübarizə çərçivəsində digər müvafiq tədbirlərin həyata keçirilməsi dövlət hesabına təmin olunur”-deyə, o, əlavə edib.

Etikxeber.az





