Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub.

Bu barədə Etikxeber.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Universitetin rektoru Gəray Gəraybəyli səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı ilə yeni direktor vəzifəsinə təyin olunmuş professor, Tədris Terapevtik Klinikanın II pediatriya şöbəsinin müdiri Hüseyn Qabulovu kollektivə təqdim edib.

Gəray Gəraybəyli Hüseyn Qabulovu təbrik edərək deyib: “İnanıram ki, bundan sonra da klinikanın işlərinin yaxşılaşdırılması istiqamətində uğurlu işlər görüləcək. Çünki bu bizim əsas məqsədlərimizdən biridir”.

Hüseyn Qabulov çıxış edərək bu etimada görə səhiyyə naziri Oqtay Şirəliyevə və rektor Gəray Gəraybəyliyə öz minnətdarlığını bildirib.

Gəray Gəraybəyli onu da qeyd edib ki, klinikanın keçmiş baş direktoru Könül Xəlilova nazirin digər sərəncamı ilə Respublika Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub.

Rektor Könül Xəlilovanın klinikaya direktor vəzifəsinə təyin olunduğu bir neçə ay müddətində çox böyük işlər gördüyünü də vurğulayıb.

Etikxeber.az

Read Previous

Çaylarda sululuq azalıb – Nazirlik

Read Next

“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 11 minədək istehlakçıya xidmət göstərib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir