Tibbi maska və epidemiya əleyhinə rejimin pozulmasına görə-CƏRİMƏLƏR YENİDƏN ARTIRILIR… – YENİLƏNİB – (2)

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırki variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manatməbləğində cərimə edilir.

Məcəlləyə növbəti dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırki variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manatməbləğində cərimə edilir.

12:00

***

“Epidemiya əleyhinə rejimin pozulması ilə bağlı cərimələrin artırılmasının hüquqi və vəzifəli şəxslərə çox təsir edəcəyini düşünmürəm”.

Bunu müzakirələr zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu şəxslərin çoxu iflas vəziyyətindədir:

”Belə etdikcə onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar. Artıq Türkiyədə və digər ölkələrdə kirayə haqlarının ödənilməsinə kömək göstərirlər. Biz bu cərimələri artırmaqla əhalinin xeyli həssas hissəsinin narazılığını artırmış olacağıq. Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”.

Deputat Razi Nurullayev qeyd edib ki, vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılması müsbət hal deyil:

“Qaydanı pozanlar adətən arxalı və imkanlı adamlar olur. Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir. Biz əvvəlcə belə şəxslərə xəbərdarlıq etməliyik. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara əməl etsinlər”.
 
Spiker Sahibə Qafarova isə deyib ki, ciddi xəbərdarlıqla bunun qarşısını almaq olmaz:

“Gərək heç kim qaydaları pozmasın”.

12:15

***

“Qanun insanları qorumaq üçün qəbul edilir. Vəzifəli və hüquqi şəxslər qanunun işləməsinə kömək etməlidirlər”. 

Bunu da vitse-spiker Fəzail İbrahimli deyib.

O, bildirib ki, atalar misalında deyildiyi kimi, qananı sözlı, qanmayanı bizlə başa salmaq lazımdır:

“Milləti xəstələndirən, pul qazanmaq üçün xəstəliyi yayanların tərəfində olmalıyıq?! Bu qanunlar xəstəliyin qarşısını almaq üçün qəbul edilir”. 

Vitse-spiker qeyd edib ki, bəzi sahibkarlar və vəzifəli şəxslər qanunları pozur:

“Kafe işlədir, insanları bir yerə toplayır. İndi biz insanları ölümə sürükləyən şəxslərə qarşı susaq?! Bu necə vəzifəli şəxsdir ki, kafe işlədir?! Biz koronavirusun yanında olmalıyıq, yoxsa qanunların?!”. Hesab edirəm ki, bu məsələdə diqqətli olmalıyıq”

Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Son günlər şəhid ailələrinin, qazilərin incidilməsi faktları ortaya çıxır…”-SABİR RÜSTƏMXANLI PARLAMENTDƏ ÇIXIŞI ZAMANI BELƏ DEDİ VƏ…

Read Next

“44 günlük Müharibə ilə həm də status-kvo, təmas, cəbhə xətti darmadağın edildi, Dağlıq Qarabağ məhfumu aradan qaldırıldı…”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (BİRİNCİ HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir