Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq ən böyük hədəflərdən biridir.
Etikxeber.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında çox dərin qardaşlıq əlaqələri var: “Biz bu əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən bəri son 25 ildə hər keçən gün daha da möhkəmləndirdik. Diplomatlar olaraq, bizim üzərimizə düşən vəzifə bu sıx əlaqələri, ən yüksək rəsmi səviyyələrdə qurulmuş bu münasibətləri hər zaman daha da inkişaf etdirməkdir”.
Diplomat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan 25 il ərzində Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri kimi çox böyük layihələri birlikdə həyata keçirdi: “Bundan sonra hədəfimizdə Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrin reallaşdırılması dayanır. Bu işləri ən qısa vaxtda tamamlayaraq, bu layihələri istismara vermək bizim qarşımızda duran ən böyük tapşırıqlardan biridir. Eyni zamanda ikitərəfli ticarət dövriyyəsini artırmaq, bu həcmi 2023-cü ildə 15 milyard dollar səviyyəsinə çatdırmaq qarşımızdakı ən böyük hədəflərdəndir. Təbii ki, yeni vəzifədəki fəaliyyət dönəmimdə bütün bunların gerçəkləşməsinə çalışacağam”.
E.Özoral həmçinin düşünür ki, Azərbaycan və Türkiyə arasında mədəni və humanitar əlaqələri daha da inkişaf etdirmək lazımdır: “Hər bir türkiyəli və azərbaycanlı bir-birini qardaş kimi, ən yaxın adamı kimi qəbul edir. Biz bu əlaqələri, bu səmimi hissləri mədəni fəaliyyətlərlə daha da yaxınlaşdırmaq, daha da inkişaf etdirmək istəyirik”.
Etikxeber.az