“Tikdirdiyi evdə yaşamaq oğluma qismət olmadı…”-BU GÜN ANIM GÜNÜ OLAN 3 MEDALLI, KİÇİK ÇAVUŞ ASİF ABIŞOVUN ANASI İSBƏT XANIM… – FOTOLAR

Qəhrəman Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən biri də hərbçi Asif Əlövsət oğlu Abışovdur…

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Vətən sevdalımız…

Daha bir Şəhidimiz, daha bir Nur üzlümüz…

Asif 1992-ci ilin mayın 16-da Bərdənin Lək kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Ailədə üç uşaq, iki qardaş, bir bacı olublar…

Şərafət, Arif Asif...

Asiflə Arif həm də əkiz olublar…

Bir məktəbə gediblər, bir sinifdə oxuyublar-1999-2010-cu illərdə…

Əsgərliyi, hərbi xidməti də iki qardaş bir yerdə çəkiblər…

Asif hərbi xidmətdən sonra həyatını yenidən hərblə, Ordu ilə bağlayıb…

Milli Qəhrəmanımız Polad Həşimovun işlədiyi hərbi kursa gedib və kursu bitirdikdən sonra 5 il Murovda hərbçi kimi xidmət edib…

İkinci Vətən Müharibəsi başlayan gündən də hərbçi, Kiçik çavuş kimi döyüşlərdə, ön xətdə olub…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Döyüş yolu da uzun və şərəfli olub…

Sentyanrın 27-dən noyabrın 2-nə, Şəhidliyinə qədər 35 günlük döyüş yolu keçib…

Füzuli və Xocavənd istiqamətlərində döyüşən İgidimiz noyabrın 2-də Xocavənddə ağır döyüşlər zamanı Şəhidlik məqamnına ucalıb…

Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 17-də bildirilib və nəşi 18-də ailə üzvlərinə təhvil verilib…

Və elə həmin gün, noyabrın 18-də də doğulduğu Lək kəndində torpağa tapşırılıb…

Asif həm də Ləkin yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

Şəhidliyindən sonra da Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Bu gün Şəhidimizin Anım Günü idi…

Anım Günündə məzarı ziyarət olunub, ruhuna dualar edilib…

Sonra Şəhidin özünün tikdirdiyi evdə Anım mərasimi keçirilib…

Mən də öz növbəmdə Şəhidin ailəsinə baş çəkdim Asifin Anım Günündə…

Çünki anası İsbət xanıma, İsbət anaya söz vermişdim…

Şəhidin ailə üzvlərinə, anasına və atası Əlövsət kişiyə başsağlığı verdim, onlara Allahdan səbr dilədim, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Şəhidin anası İsbət xanımın dediklərindən:

“Gördüyünüz bu evi oğlum özü öz zəhməti ilə tikdirmişdi…Ailə qurmaq, evlənmək, bu evdə yaşamaq istəyirdi…Ancaq qismət olmadı…Öz zəhməti ilə tikdirdiyi evində yaşaya bilmədi (Gözləri dolur)…Evin otaqlarından birini muzey etmişəm, özü də sadə formada…Yəqin ki, gələcəkdə digər oğlum bu evdə yaşayar, həm də qardaşının ruhunu yaşadar…”

Nur içində yat, Asif Abışov!

Məzarın Nurla dolsun!

Allah ailənə, əzizlərinə bir daha səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Taleh Yusifovun Cənnətdəki il ad günü: MƏZARININ ZİYARƏTİ VƏ 27 YAŞI İLƏ BAĞLI KEÇİRİLƏN İZDİHAMLI TƏDBİRDƏN – FOTOSESSİYA – YENİLƏNİB – (2)

Read Next

Bayramovla ABŞ Dövlət katibinin köməkçisi-NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir