“Tikintiə istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaq “- Prezident

Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaq. Bu layihənin icra edilməsi, eyni zamanda, inşaat sektorunu da canlandıracaq.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində səsləndirib.

Hazırda inşaat sektorunda yaşanan tənəzzüldən danışan dövlətimizin başçısı deyib:

“Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz, ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişik. Onu da qeyd etməliyəm ki, bu il, bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, son illərdə aparılan islahatlar və şaxələndirmə siyasəti nəticəsində ölkəmiz özünü əsas tikinti materialları ilə təmin etdiyindən, bu layihələrin icrasında idxal komponentindən asılılıq olmayacaq. Bu binaların tikintisində istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaq və ilk növbədə idxala tələbatı azaldacaq. Digər tərəfdən yerli şirkətlər də inşaat materiallarını istehsal edərək öz maddi imkanlarını yaxşılaşdıracaqlar.

Etikxeber.az

Read Previous

Gəncə – Göygöl yolu yenidən qurulacaq

Read Next

Göyərtəsində 86 nəfərin olduğu “Tu-154” təyyarəsi radarlardan itib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir