Tikintidə yoxlamaların aparılmasına razılıq verən dəyişiklik qəbul olundu…

Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2-ci maddəsinə (danunun tətbiq dairəsi) dəyişiklik layihəsi müzakirə edilərək qəbul olunub.

Etikxeber.az-ın məlumatına görə, belə ki, dəyişikliyə əsasən, qanunun mövcud 2-ci maddəsində nəzərdə tutulmuş yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

Sənədin qeyd hissəsində bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Millət vəkili Fazil Mustafa dəyişikliyin əleyihinə olduğunu bildirib, bunu sahibkarlıq fəaliyyətinə yenidən müdaxilə cəhdi kimi qiymətləndirib.

Deputat Qüdrət Həsənquliyev isə həmakarı ilə razılaşmayıb, dəyişikliklərin vacibliyini vurğulayıb.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Şükürlər olsun, Avroliqanın final oyunu yüksək səviyyədə keçirildi” – SPİKER

Read Next

Deputat “feodal qaydaları”nın hökm sürməsindən danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir