“Tofiq Yaqublu məsələsində bolşevik yanaşması özünü göstərir…”-RAZİ NURULLAYEVDƏN ETİRAZ – BƏHRUZ MƏHƏRRƏMOV NƏYİ TÖVSİYƏ ETDİ? – ZAHİD ORUC BU HAQDA NƏ DEDİ? – YENİLƏNİB – (1)

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bugünkü iclasında Müsavat Partiyasının liderlərindən olan Tofiq Yaqublunun həbsi və onun ətrafında yaşananlar müzakirə obyektinə çevrilib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkilili Razi Nurullayev bildirib ki, T. Yaqublunun həbsi məsələsində bolşevik yanaşması ortaya qoyulub.

“Mən bilmirəm onun günahı var yoxsa yox, amma onun həbsi məsələsi ilə bağlı bolşevik yanaşması özünü göstərib. Bolşeviklər əvvəl həbs edirdilər, sonra onun ağırlıqlarına da qatlanırdılar, bunun altından çıxa bilirdilər, amma bizdə əvvəl həbs edirlər, sonra onun ağırlıqlarına qatlana bilmirlər…Ona görə bu məsələdə bolşevik yanaşmasına son qoyulmalıdır”-deyə, o, əlavə edib.

10:33

***

“Biz nəinki Tofiq Yaqublunun, ümumiyyətlə, heç bir vətəndaşımızın həbsini istəmirik. Xüsusilə də, Qarabağ qazisinin. Mən hörmətli həmkarım Razi müəllimin də fikirlərinə hörmətlə yanaşıram. Amma mən həm də vəkiləm. Hesab edirəm ki, bu məsələdə bir az həssas və səbrli olmalıyıq”.

Bunu da millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, məhkəmə hakimiyyəti müstəqil hakimiyyətdir, hansısa hakimin qərarına müdaxilə edilməsi, onun müstəqilliyinə bu və ya digər dərəcədə təzyiq olunması cəhdləri də düzgün deyil.

“Bu baxımdan hesab edirəm ki, bu cür məsələlərdə bir az səbrli və daha həssas olmalıyıq”-deyə, millət vəkili sonra qeyd edib.

10:43

***

“Azərbaycan hakimiyyəti heç bir halda Tofiq Yaqublunun səhhətinin pisləşməsində, onun səhhətinə zərbələr vurulmasında maraqlı deyil”.

Bunu isə adıçəkilən komitənin sədri Zahid Oruc dilə gətirib.

O, T. Yaqublunun vaxtilə deputat köməkçisi və onun parlamentdə hər kəsə tanış olduğunu sözlərinə əlavə edib:

“Əyani olaraq tanıdığımız biridir. Bizə olan müraciətlərlə bağlı artıq işlər görmüşük. Bu gün Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var. Dünən Azərbaycanla bağlı Facebook üzərindən araşdırmalara başlaması başlığı ilə məqalə dərc edilib. Burada hökumətin trol yaratması məsələsinin araşdırıldığı deyilir. Hakimiyyətə, hakimiyyət orqanlarına qarşı milli tərkibi bəlli olmayan qüvvələrin total hücumları var. Araşdırmaq istəyirlərsə, bunu araşdırsınlar. Bu gün nəhəng sosial şəbəkə şirkətinin nümayəndələri ilə bağlı addımlar atılmalı idi. Bu proqramlar informasiya məkanında nüvə silahı kimidir. Son aylarda biz onu görürük”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Livan erməni ailələrindən biri millət vəkili Tural Gəncəliyevin-ŞUŞADAKI EVİNƏ KÖÇÜRÜLÜB…

Read Next

“İqtidarı da bizimdir, müxalifəti də…”-JALƏ ƏHMƏDOVA SOSİAL ŞƏBƏKƏLƏRLƏ BAĞLI TƏKLİF VERDİ – ELMAN NƏSİROV İSƏ ƏFV KOMİSSİYASININ ÜZVLƏRİNDƏN BİRİNİN SÜRÜCÜSÜNƏ CİDDİ İTTİHAM SƏSLƏNDİRDİ… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir