Tokio Olimpiya və Paralimpiya oyunlarının medalları telefon hissələrindən hazırlanacaq

Tokio hökuməti 2020-ci ildə bu şəhərdə keçiriləcək Olimpiya və Paralimpiya oyunları üçün medalların atılan telefonların və digər elektron qurğuların metal hissələrindən düzəldilməsi ilə bağlı layihəyə qoşulub.

Etikxeber.az xəbər verir ki, bu məqsədlə rəsmi nümayəndələr istifadə edilməyən telefonları atmaq üçün paytaxt hökumətinin binasında xüsusi səbət qoyublar. Burada telefonların yaddaşında qalan şəxsi informasiyaları silmək üçün xüsusi qurğu da yerləşdirilib.

Tokio qubernatoru Yuriko Koike deyib ki, o, evdə istifadə etmədiyi üç telefonu gətirərək artıq həmin səbətə atıb. Y.Koike ümid etdiyini bildirib ki, bu cür tədbirlər “Tokio-2020” Olimpiya Oyunlarına ictimaiyyətin marağının daha da artmasına səbəb olacaq.

Layihə “Tokio-2020” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin dəstəyi ilə reallaşdırılır. Təşkilat Komitəsindən bildiriblər ki, Oyunlar zamanı 5 min medalın verilməsi nəzərdə tutulur və onların hazırlanması üçün 10 kiloqram qızıl, 1230 kiloqram gümüş və 736 kiloqram mis tələb olunur. Göstərilən miqdarda medalların hazırlanması üçün 20 milyon ədəd mobil telefon tələb olunur.

Apreldən başlayaraq Təşkilat Komitəsi elektron qurğuların toplanması üçün belə səbətləri bütün ölkə ərazisində yerləşdirməyi planlaşdırır.

Etikxeber.az

Read Previous

Əliyev İsrailin müdafiə naziri ilə görüşüb – FOTO

Read Next

Çempionlar Liqasının “Dördlər finalı”na İtaliya ev sahibliyi edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir