Tom Kruzdan Bakıdakı izləyicilərinə-TƏCİLİ MESAJ! – FOTOLAR

Ötən gün Park Cinema kinoteatrının Flame Towers filialında bütün dünyadan 3 gün öncə “Qeyri-mümkün missiya: sonuncu haqq-hesab” filminin möhtəşəm qapalı nümayişi keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qonaqlar üçün ətrafda sirli və ajiotajlı atmosfer yaradılıb.

Onları Park Cinemanın qırmızı xalısı və gənclərin sevimli rok qrupu “GAGA” qarşılayıb.

Qrup hər kəs tərəfindən sevilən saundtreklərin canlı şəkildə kaverini təqdim ediblər.

Daha sonra səhnəyə filmin tərzinə uyğun geyinmiş rəqs qrupu daxil olub.

Bəs Tom Kruz haradadır?

Tamaşaçılar IMAX zalına daxil olduqda gözlənilməz sürprizlə qarşılaşıblar.

Ekranda filmin əvəzinə “Tom Kruzdan təcili video-mesaj” yazısı gəlib.

Süni intellektlə yaradılmış Tom Kruz daha öncə tamaşaçıların aşağıda əyləndiyi yerlərdən fraqmentləri, eləcə də onların arasında 5 nəfər agentinin olduğunu qeyd edib.

Onların əsas missiyası süni intellektin Tom Kruza qarşı toplamış saxta materiallarla dolu filmi məhv edərək, onu düzgün filmlə əvəzləmək idi.

Agent rollarında aktyorlar Taleh Yüzbəyov, Ələkbər Əliyev, Mark Kim, eləcə də blogerlər Lalə Babayeva və Aysel Mirzoyeva iştirak edibdilər.

Daha sonra “Tom Kruz” sonuncu dəfə oynayacaq öz yeni filmini izləməyə dəvət edir və filmin özü başlayır.

“Qeyri-mümkün missiya: sonuncu haqq-hesab” filmi Park Cinemada türk, ingilis və rus dillərində, eləcə də ölkənin ən böyük ekranı IMAX-da nümayiş olunur.

Yalnız Park Cinemada bu filmi izləməmişdən öncə həmin maraqlı video-çarxı da görə biləcəksiniz.

Biletləri bu linkdən əldə edə bilərsiniz: https://new.parkcinema.az/az/movie/67ef94796f500c02f5d91a96Park CinemaGenerated by create next app

Etikxeber.az

Read Previous

Anası tərəfindən təkbaşına böyüdülmüş tək və subay övlad Emin İsmayılovun Cənnətdəki beşinci doğum günü məzarı ziyarət olundu-QOCALAR EVİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ, ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Doğum günləri olan Bərdəli Şəhid əmanətləri-QABİL LƏTİFOV, SƏİDƏ QARAYEVA, ARİF XIDIROV VƏ SONA SÜLEYMANOVA… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir