“Top-tüfəng səsləri gələn, kef, yemək-içmək məclisləri təşkil olunan işğal altındakı torpaqlarda artıq Azərbaycan bayrağı dalğalanır, Azərbaycan musiqisi səslənir…”-TAHİR RZAYEV

Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı xoşbəxt günlərini yaşayır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“İki il öncəyə qədər top-tüfəng səsləri gələn, kef, yemək-içmək məclisləri təşkil olunan işğal altındakı torpaqlarda artıq Azərbaycan bayrağı dalğalanır, Azərbaycan musiqisi səslənir. Bir neçə gün öncə Şuşada Dünya Azərbaycanlılarının növbəti Zirvə qurultayı keçirildi. Bütün dünya bir daha Qarabağın, Şuşanın bizim olduğumuza şahidlik etdi. İndi Şəhidlərimizin də ruhları şaddır. Çünki onların qanları hesabına işğaldan azad edilən torpaqlarımızda hər gün inkişaf, tərəqqi yaşanır, Qarabağ yenidən dirçəlir, dirçəldilir”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ukraynalı qaçqınların sayı-8 MİLYONU KEÇƏCƏK?

Read Next

“Bizə bütün sahələrdə 44 günlük proqramlar gərəkdir…”-ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir