“Mənim yarğıya güvənim, etimadım sonsuzdur. Yarğının ədalətinə heç bir şübhəm yoxdur”.
Etikxeber.az-ın FOX-a istinadən xəbərinə görə, bunu İstanbul Böyükşəhər bələdiyyə başqanı Kadir Topbaş kürəkəni-iş adamı Ömər Faruk Kavurmaçının ikinci dəfə “FETÖ”-çü kimi həbsinə münasibətini bildirərkən deyib.
Topbaş deyib ki, yarğının bu qərarı bir daha onu göstərir ki, onun yarğıya etkisi-təsiri yoxdur və ola da bilməz.
O da oğlu Mustafa Ömər Topbaş kimi “Bu da keçər yahu!” deyib.
Topbaş kürəkəninin həbsinin və onun adının “FETÖ”-çü kimi hallandırılmasının da bir ssenari olduğunu bildirib.
“Bu, əslində bir ssenaridir. Kimlərsə mənim bələdiyyə başqanı olmağımdan rahatsızdır və odur ki, belə bir ssenari cızılıb. Eyni zamanda, bunu sayın Ərdoğanı yalnızlaşdırma siyasətinin bir tərkib hissəsi hesab edirəm. Çox təəssüf edirəm ki, bəzi AKP-li həmkarlarım da bilərəkdən və ya bilməyərəkdən bu ssenarinin bir parçasına çevriliblər…”-deyə, Topbaş sözlərinə əlavə edib.
Etikxeber.az