Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib.
Etikxeber.az məlumat verirki, MM-in bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Toponomiya komissiyasının yeni tərkibinin aşağıdakı kimi təşkil edilməsi təklif olunub:
– Nizami Cəfərov (Milli Məclisin deputatı, akademik)
– İsa Həbibbəyli (Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti)
– Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı)
– Sevinc Fətəliyeva (Milli Məclisin deputatı)
– Musa Quliyev (Milli Məclisin deputatı)
– Əziz Ələkbərov (Milli Məclisin deputatı)
– Möhsün Nağısoylu (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru)
– Ramiz Məmmədov (AMEA-nın Heydər Əliyev adına Coğrafiya İnstitutunun direktoru)
– Qara Məşədiyev (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi )
– Mahirə Abbasova (AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi)
– Emin İmanov (Milli Məclis Aparatı rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri)
***

“Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz yerə dəyişdirilib”.
Bunu qanun layihəsinin müzakirəsi zamanı MM-in Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.
M. Qasımlı bildirib ki, bəziləri Azərbaycanda tarixi adlarının dəyişdirilməsinə səs veriblər və hazırda da burada oturublar:
“Azərbaycanın tarixi adlarının dəyişdirilməsi yolverilməzdir”.
MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruizov bildirib ki, toponimiya məsələləri Regional məsələlər komitəsi tərəfindən təqdim olunacaq:
“Ancaq bizim adımız orada yoxdur”.
S. Novruzovun iradına cavab verən MM-in Aparat rəhbəri Səfa Mirzəyev bildirib ki, Toponomiya Komissiyasında mütəxəssislərin rəyi əsas götürülür:
“Son söz isə Milli Məclisin komitələri və Milli Məclisdə deyilir”.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





