Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son günlər intensiv yağan yağış və qar nəticəsində sürüşmə zonaları aktivləşib. Bu səbəbdən Ağsu dolaylarında, Bakı-Şamaxı-Yevlax magistral yolunun 149-cu kilometrində çat əmələ gəlib.
Etikxeber.az xəbər verir ki, əraziyə 16 nömrəli Yol İstismar MMC-nin mütəxəssisləri nəzarət edirlər.
Qeyd edək ki, magistral yolun 144-158 kilometrlik hissəsi Ağsu dolaylarından keçir. Dolayların 14 yerində sürüşmə zonası var. Hazırda ərazidə sürüşmənin aktivləşməsi müşahidə olunur. Avtomobillərin hərəkəti üçün hələlik ciddi təhlükə yoxdur.
MMC-nin işçiləri hər gün yola nəzarət edir, buzlanmaya qarşı tədbirlər görürlər.
Mütəxəssislər dolaylardan istifadə edən sürücülərə ehtiyatlı olmağı, avtomobillərin sazlığına və qış rejiminə uyğun təkərlərlə təminatına ciddi diqqət yetirməyi tövsiyə edirlər.
Etikxeber.az