“Torpaqlarımızı eyni güc mərkəzi işğal edib” – YAP-ÇI DEPUTAT – MİLLƏT VƏKİLLƏRİ GÜRCÜSTAN SƏFİRLİYİNDƏ – FOTOLAR – YENİLƏNİB

Qənirə PAŞAYEVA: Torpaqlarımızı işğaldan biz özümüz azad etməliyik

Bu gün dost və qonşu Gürcüstanın torpaqlarının işğal edilməsi günüdür.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin (MM) Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvü Hikmət Babaoğlu deyib.

O, xatırladıb ki, 11 il əvvəl, 2008-ci ilin avqustunda onların da, gürcülərin də torpaqlarının 20 faizi ilhaq edilib.

“Bu gün Gürcüstan səfirliyində olduq və səfir Zurab Pataradze ilə xeyli dərdləşdik!

Ortaq qənaətimiz belə oldu ki, fərqli subyektlərin əli ilə bizim torpaqlarımızı eyni güc mərkəzi işğal edib.

Torpaqlarımızı qaytarmaq üçünsə birlikdə güclü olmalıyıq!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

sefirrr

sefirrrr-1

Dostluq Qrupunun digər üzvü Kamilə Əliyeva da 11 il öncə Gürcüstanın və gürcü xalqının çox ağır günlər yaşadığını, ərazilərinin bir qisminin işğal edildiyini və indiyədək bu işğal faktının davam etdiyini, aradan qaldırılmadığını bildirib.

Qeyd edib ki, həmin günlərdə olduğu kimi, bu gün də Azərbaycan xalqı və dövləti Gürcüstanın, gürcü xalqının yanındadır, onun acısını, kədərini bölüşür, həmçinin, qonşu dövlətin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətlə yanaşılmasını dəstəkləyir, bu mövqedən çıxış edir.

“Bəzi üzdəniraq, təxribatçı ünsürlərin fitnəkarlıq əməllərinə baxmayaraq, Azərbaycanla Gürcüstan tərəfdaş, müttəfiq, yaxın qonşu və dost ölkələrdir. Xalqlarımız arasında mehriban qonşuluq, dostluq əlaqələri mövcuddur və biz birlikdə güclüyük. Biz birliyimizlə, birgəliyimizlə, gücümüzlə hələ bir çox əngəlləri birlikdə aşa, dəf edəcəyik”-deyə, millət vəkili sonda bildirib.

Qeyd edək ki, bu gün MM-in Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun üzvləri Gürcüstanın ölkəmizdəki səfirliyində olublar. 

***

gurcuuuuu

“Bu gün Azərbaycan – Gürcüstan parlamentlərarası Dostluq Qrupunun üzvləri olaraq dost, qonşu Gürcüstanın ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbirdə iştirak etdik.

Gürcüstanın ölkəmizdəki səfirliyində Gürcüstan torpaqlarının bir hissəsinin işğalı və baş verən o dəhşətli hadisələri özündə əks etdirən sərgi və sənədli filmin təqdimatı oldu.

Qonşu Gürcüstan ölkəmiz kimi torpaqlarının bir hissəsinin işğal altında olmasından əziyyət çəkir.

Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə söhbət etdik, bu böyük faciələrin arxasında dayananlardan, iki dost, qonşu ölkə olaraq Azərbaycan-Gürcüstan birliynin daha da güclənməsinin önəmindən və işğalçılara qarşı mübarizədə ortaq səylərimizin gücləndirilməsinin vacibliyindən danışdıq.

İşğalçılara qarşı mübarizədə ən önəmli şey güclü olmaq və dostlarla birliyi daha da möhkəmləndirməkdir, çünki torpaqlarımızı işğaldan məhz biz özümüz azad etməliyik və inşallah, edəcəyik”.

Bunu isə millət vəkili Qənirə Paşayeva vurğulayıb.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Keşlə” heyətini paraqvaylı hücumçu ilə gücləndirdi

Read Next

Bu dəfə Balakəndə zəlzələ baş verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir