Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün 2016-cı il aprel döyüşlərinin dördüncü ildönümüdür.
Həmin dövr aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə tarixi bir qələbəyə çevrildi.
Aprel döyüşləri Azərbaycan və Ermənistan arasında cəbhə xəttyində 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.
Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ- Təpə yüksəkliyi və Cocuq Mərcanlı, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu.
Azərbaycan Silahlı Qüvvələri döyüşlər nəticəsində 2,000 hektarlıq ərazini işğaldan azad etdi.
Döyüşlərdə 94 hərbçimiz şəhid olub, 2 nəfər itkin düşüb, 39 hərbçi yaralanıb.
Həmçinin 6 mülki şəxs şəhid olub, 26 nəfər yaralanıb.
Allah şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Döyüşlər Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan əsgərini şücaətini, xalqımızın qətiyyətini göstərdi.
Sonradan ordumuzun mətanəti ilə Naxcıvanda Cünnüt kəndi, cəhbə və sərhəd xətlərində bir neçə strateji yüksəkliklər də düşmən işğalından azad edildi.
Aprel döyüşləri Azərbaycanın Ermənistanın torpaqlarımızın bir hissəsini işğalı ilə heç zaman barışmayacağının göstəricisi oldu.
Cəmiyyətimizdə Azərbaycan Prezidenti, Ali Baş Komanda cənab İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımızın tam azad ediləcəyi inamı böyükdür və hərtərəfli dəstəklənir.

Aydın MİRZƏZADƏ,
Millət vəkili
Etikxeber.az





