“Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir… Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil…”-HİKMƏT HACIYEV – YENİLƏNİB

“Bu, Vətən müharibəsidir”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan xalqı dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq:

“Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ölkədə ümummilli həmrəylik var:

“Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən, Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana dəstəyi yüksək dəyərləndiririk”.

“Azərbaycan Silahlı Qüvvələri çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirir”-deyən PA rəsmisi bildirib ki, 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub:

“Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır, bildiyiniz kimi həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir. Əsgərlərimiz düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik”.

***

“Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir”.

Bunu isə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən könüllülər qorxaraq döyüşə girməkdən imtina edir:

“Bunun əvəzində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılır. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Fizuli istiqamətində düşmənin müqaviməti qırılıb və geri çəkilməyə məcbur edilib. Murov istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”.

Sonra “Strateji yüksəkliklərin azad olunması Azərbaycan Ordusunun yüksək döyüş ruhunun və bacarığının bariz nümunəsidir”-deyən A. Eyvazov bildirib.

A. Eyvazov deyib ki, torpaqlarımızı işğaldan azad ediləcək:

“Qələbə bizimlədir!”

Etikxeber.az

Read Previous

“Ermənistan elə görüntü yaratmaq istəyir ki, 3-cü dövlətlər bura müdaxilə etsin…Buna yol verməyəcəyik”-ZAHİD ORUC

Read Next

Daha 144 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir