Torpaqların istifadəsi və təyinatı ilə bağlı yeni qanun olacaq

Torpaqların istifadəsi, təyinatı ilə bağlı yeni qanun layihəsi hazırlancaq.

Etikxeber.az  xəbər verir ki, Əmlak Məsələləri Dövlət Kömitəsinin sədri müavini Rafiq Cəlilov torpaq məsələləri ilə bağlı yaranmış problemləri hüquqi müstəvidə həll etmək üçün yeni qanunvericilik aktına ehtiyac olduğunu bildirib.

Bu təkliflə Milli Məclisdə (MM) keçirilən təqdimatda çıxış edən komitə sədrinin müavini qeyd edib ki, bu gün torpaqlardan təyinatı üzrə istifadə məsələsində yaranan problemlər hər kəsə məlumdur:

“Bu məsələdə xeyli problemlər var. Ona görə də bu məsələləri hüquqi müstəvidə tənzimləmək üçün yeni qanuna ehtiyac var. Yeni qanun lazımdır ki, bu məsələləri tənzimləmək mümkün olsun”.

MM-in Arqar siyasət komitəsinin sədri Eldar İbrahimov da belə bir sənədin  hazırlanmasına və qəbuluna müsbət yanaşdıqlarını bildirib:

“Hesab edirəm ki, yaxın gələcəkdə Əmlkak Məsələləri Dövlət Komitəsi ilə birlikdə belə bir qanun layihəsi hazırlana və müzakirələrə çıxarıla bilər. Bu yöndə konkret təklifləri, materialları gözləyirik. Belə bir qanunun hazırlanması və qəbulu istisna deyil”.

Etikxeber.az

Read Previous

“Kapital Bank”ın şefinin qardaşı icra başçısı oldu – SƏRƏNCAM

Read Next

Maştağa–Nardaran avtomobil yolu yenidən qurulacaq – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir