“Torpaqsız kəndlilərimiz var…İnsanlar var ki, yüz hektarlarla əkin və örüş sahəsinə sahibdir, ailələr də var ki, 30 sot pay torpağının ümidinə qalıb, bəzilərində isə heç o da yoxdur…”-BƏHRUZ MƏHƏRRƏMOV YENƏ SEÇİCİLƏRİNİN PROBLEMİNİ QALDIRDI

Ərazi bütövlüyümüz çərçivəsində Ermənistan istiqamətində tərəflərin hər birində olan xəritələr əsasında sərhəd mühafizə sisteminin gücləndirilməsi işimizin siyasiləşdirilməsinin şahidi olmaqdayıq. Bir tərəfdən məğlub Ermənistanın və Ermənistana açıq dəstək verən mürtəce qüvvələrin uğursuz səylərini görürük, həmçinin, daxildən Azərbaycanın mövqeyini zəiflətməyə çalışan antimilli qüvvələrin cəhdlərini müşahidə etməkdəyik.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin iclasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, sonra bildirib:

“Aydındır ki, sərhəd həssas məsələdir, digər qonşularımızla təcrübəmizdən də bəllidir ki sərhədlərin delimitasiyası gərgin müzakirələr fonunda uzun müddət davam edir. Nəzərə alsaq ki, Ermənistan adlı bir mifi sındırmışıq, cənab Prezidentin də dediyi kimi, artıq Ermənistan ordusu yoxdur, biz bu ölkənin hərbi potensialını, ümumiyyətlə döyüş ruhunu məhv etmişik, Əlbəttə, Ermənistanla sərhədlə bağlı prosesin, mübahisəsiz keçəcəyini düşünmək sadəlövhlük olar. Lakin heç kimdə şübhə olmamalıdır ki, proseslərin gedişatını nəzarətdə saxlamaq üçün lazım olandan da qat-qat artıq gücümüz və imklanlarımız var, Məsələ istisnasız olaraqAzərbaycanın milli maraqları çərçivəsində həll ediləcək. Burada təəssüf doğuran bir məqam var ki, 30 il işğal faktoruna, insanlıq əleyhinə və müharibə cinayətlərinə göz yumanlar, habelə, məscidlərin dağıdılmasına, məscidlərdə donuz saxlanmasına, məscidlərə gedən yolların minalanmasına səssiz qalanlar Ermənistan sərhədlərinin bütövlüyündən narahat olmağa başlayıb.

Bu gün elə mənzərə yaradırlar ki, sanki Azərbaycan təcavüzkardır, Ermənistan təcavüzə məruz qalan. Bu mövqe sadəcə ikrah doğurur , qəbuledilməzdir və bölgədə sabitlik, əməkdaşlıq mühitinə zərbə vurur. Yaxşı başqa dövlətləri başa düşdük, güclənən Azərbaycan kiməsə sərf etməyə bilər. Bəs eyni mövqeyin Azərbaycan daxilində səsləndirilməsi nə deməkdi. Bu gün Antimilli Şura adlanan qrup açıq formada xəyanət tezisləri yaymaqla məşğuldurlar. Təsəvvür edin, sərhəd mühafizə sisteminin gücləndirilməsi işini Azərbaycanın torpaq iddiası,

Zorla torpaq almaq cəhdi kimi qələmə verirlər. Öz dövlətinə belə düşmənçilik etmək olar? Yaxud təzə bir tezis gəılib bunlarara, insanların beyninə yeritmək istəyirlər ki, sanki Zəngəzur dəhlizi əvvəldan açıq imiş, sanki bu dəhliz Azərbaycan istəməsə də açılacaqmış. Sən hakimiyyətin dövründə qorxudan Bakıdan Gəncəyə gedə bilmirdin, yaxud Salyandan o tərəfə keçə bilmirdin, indi Zəngəzur üzərindən Naxçıvana tarixi dəhliz açılır, Türk dünyası birləşir, nədən narazısan? Bu artıq müxalifətçilik deyil, dövlət maraqlarını hakimiyyət iddiasına qurban verməkdir”.

Millət vəkili çıxışında daha sonra seçicilərini narahat edən məsələdən danışıb.

“Zaman imkanından istifadə edib seçiciləri narahat edən, Biləsuvarda həqiqətən ciddi problemə çevrilən bir məsələni də gündəmə gətirmək istəyirəm. Yəqin ki, kənd rayonlarından olan həmkarlarım da təsdiq edər, bu gün xeyli sayda torpaqsız kəndlilərimiz var. İnsanlar var ki, yüz hektarlarla əkin və örüş sahəsinə sahibdir, ailələr də var ki, 30 sot pay torpağının ümidinə qalıb, bəzilərində isə heç o da yoxdur.

Təmsil etdiyim Biləsuvarda mən hər görüşdə bununla bağlı şikayət və müraciətlər alıram. Hörmətli Sədr, Sizdən xahiş edirəm ki, aidiyyatı komitədə bununla bağlı analoji şikayətlər alan deputatlarımızın və hökumət nümayəndələrinin də iştirakı ilə bir dinləmə keçirək. Nəzərə almalıyıq ki, kənd yerində əkinçinin torpaqsız, maldarın örüşsüz mövcudluğu mümkün deyil, bu mənada problemə tez bir zamanda çıxış yolu tapılmalıdır”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Strasburqda, Brüsseldə Vaşinqtonda özlərinin əsir adlandırdıqları şəxslərə görə, Bakıya qarşı etiraz aksiyaları keçirənləri soydaşlarına Ermənistanda fərarlik damğası ilə cinayət işi açan hakimiyyətin üstünə getməyə çağırırıq”-MM-İN KOMİTƏ SƏDRİNDƏN ÇAĞIRIŞ

Read Next

“Bir sıra rayonları birləşdirməliyik…”-FAZİL MUSTAFADAN MARAQLI TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir