“Tottenhem” Eriksenə yeni müqavilə təqdim edəcək

İngiltərənin “Tottenhem” futbol klubu yarımmüdafiəçi Kristian Eriksenə yeni müqavilə təqdim edəcək.

Etikxeber.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı danimarkalı yarımmüdafiəçi ilə artıq danışıqlara başlanıb.

Klubun baş məşqçisi Maurisio Poçettino açıqlamasında mövsümün sonuna yaxın olduğuna görə müqavilənin vacib olduğunu bildirib.

O, Erkisenin yeni müqavilə ilə razılaşacağına ümid edir.

Yarımmüdafiəçi ilə “Real Madrid” yaxından maraqlanır.

Qeyd edək ki, danimarkalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır.

O, cari mövsümdə “Tottenhem”də keçirdiyi 44 oyunda 8 qol vurub və 17 məhsuldar ötürmə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol”-a mühüm əhəmiyyət verir” – PREZİDENT – FOTO

Read Next

Prezident Lüksemburqun Böyük Hersoquna başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir