Tovuzdakı qətl deputatı Parisdən təcili rayona telefon açmağa məcbur etdi

Tovuzda baş verən ağır cinayət, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızının həyat yoldaşı tərəfindən boğazının kəsilərək öldürülməsi hamımızı ciddi şəkildə üzdü. Aytəkin xanımı seçici olaraq görmüşdüm və gənc bir qadının, iki kiçik övlad anasının bu cür faciəli ölümündən çox üzüldüm və ciddi narahat oldum. Parisdə AŞPA-nın Sosial İşlər Komitəsinin iclasında olsam da xəbəri alan kimi tez zəng edib rayonun prokuroru ilə də danışdım və rayondan bu ağır faciə ilə bağlı geniş məlumat aldım. Aytəkin xanıma Allahdan rəhmət diləyirəm. Bu ağır cinayəti törədənin layiq olduğu cəzanı alacağına inanıram və almalıdır. Amma iki övladı anasız qoymanın və bir qadını bu cür qətlə yetirmənin mənəvi cəzası əgər bir az da olsa vicdanı qalıbsa, onu ömrünün sonuna qədər daha ağır cəzalandıracaq“.

Etikxeber.az xəbər verir ki, bunu Tovuz rayonundan olan millət vəkili Qənirə Paşayeva bildirib.


“Ailələrə isə sözüm- övladınız ailə quranda diqqətli olun. Ailə qurduğu adamın başqa ölkədə, başqa yerdə də ailəsi varmı deyə. Gənc qızlar da bu məsələdə diqqətli olun! Oğlan evinin insanları əgər belə məlumatınız varsa gizlətməyin çünki sonra ailələr dağılır, faciələr yaşanır. Oğlan və ya qız tərəfin ailələri qurulmuş ailələrə mənfi mənada çox müdaxilə etməyin. Gərginliyi daha da artırmayın. Bunları son illər gördüyüm bir çox hadisələr səbəbindən söyləyirəm. Tovuzda baş verən bu hadisənin kökləri barədə isə geniş yazı yazacam yaxın günlərdə. Deyəcəyim çox şeylər var”-deyən millət vəkilinin sözlərinə görə, cünki artıq bəzi məsələlərə daha həssas yanaşmalıyıq cəmiyyət olaraq.

Amma indi hüquq-mühafizə orqanlarında araşdırma getdiyi üçün doğru hesab etmirəm. Amma artıq yetər deyirik! Qadınlara qarşı artan bu cür cinayətlərə, zorakılıqlara artıq yetər deyirik! Qadınlara qarşı bu cür zorakılıq, cinayət xəbərlərindən artıq çox yorulduq deyirik. Körpə uşaqlar əziyyət çəkir. İndi bir anlıq anasız qalan və anasını atasının qətlə yetirdiyini biləcək o uşaqları düşünün. Bunun nə qədər ağır bir travma olduğunu düşünəndə belə insanın qəlbi parçalanır. Nədir insanlarda getdikcə artan bu qədər aqressivliyin, zorakılığa meyilliyin artmasının səbəbləri? Bu da çox ciddi araşdırılmalıdır və ciddi addımlar atmalıyıq hamımız cəmiyyət olaraq. Əks halda zorakılıqların artdığı bir topluma çevrilə bilərik ki buna yol verməməliyik. Aytəkin xanıma bir daha Allahdan rəhmət, acı içində olan ailəsinə səbr diləyirəm. Allah anasız qalmış və atasız böyüyəcək iki körpə balaya kömək olsun. Allah bir daha belə faciələri heç bir ailəmizə yaşatmasın“.

Etikxeber.az

Read Previous

Nazir: “İşəgötürən heç bir ciddi qanuni səbəb olmadan müəssisəni müvəqqəti olaraq bağlamaqla işçiləri işsizliyə məruz qoyur ki…”

Read Next

Eldar Ibrahimov: “Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir