Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tovuz rayonunun Çeşməli kəndinin antiterror Şəhidlərindən olan Şikar Hüseyn oğlu Hüseynovun ikinci övladı, ikinci qızı dünyaya gəlib.
Körpə atasının Şəhidliyindən üç ay 10 gün sonra, 30 dekabr 2023-cü il tarixində dünyaya göz açıb.
Bu barədə Etikxeber.az-a Şəhidin qayınanası, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Muluxsa Tapdıq qızı Süleymanova məlumat verib.
Qeyd edib ki, nəvəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyaya qədəmlərini basıb.
Şəhid övladına Mələk adı verilib-Mələk Şikar qızı Hüseynli…
Şəhidin ilk övladının adı isə Sahilədir.
Körpənin və anasının səhhəti yaxşıdır və hazırda Goranboy rayonunun Qızılhacılı qəsəbəsində, Muluxsa xanımın ata ocağında qalırlar.
Şəhid balasına-Mələk Şikar qızı Hüseynliyə atasının ruhu kömək olsun və torpağı sanı yaşasın!
Muluxsa xanımın və Hüseynovlar ailəsinin gözləri aydın olsun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





