Tovuzlu İkinci Qarabağı Savaşı Şəhidi, bir övladı Vətənə əmanət qalan, Vətən Müharibəsi Qəhrəmanı-ORXAN CABBAROVUN BU GÜN ANIM GÜNÜDÜR…MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Bu gün Tovuz rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Rövşən oğlu Cabbarovun Əbədiyyətə uğurlanmasından üç il keçir.

Orxan Cabbarovun bu gün Anım Günüdür.

Anım Günü ilə bağlı bu gün Şəhidin Bozalqanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək.

Sonra “Eltun” şadlıq sarayında Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar oxunacaq.

Etikxeber.az xəbər verir ki, Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz rayonunda anadan olub.

2002-2008-ci illərdə Rusiya Federasiyasının Vladivostok şəhərində 34 saylı tam orta məktəbdə, 2008-2013-cü illərdə 179 saylı Binəqədi rayon tam orta məktəbində təhsil alıb.

Sərbəst güləş və karate ilə məşğul olub.

Ailəli olub, Ayxan adlı bir oğlu Vətənə yadigar qalıb.

Orxan Cabbarov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Xidməti zamanı Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) 6 aylıq kursuna yazılıb, kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə qərar verib.

2015-ci ildən Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad və Xızı rayonlarında yerləşən “N” saylı hərbi hissələrində xidmət edib.

Orxan Cabbarov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlər zamanı Talış istiqamətində döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Müharibə zamanı o, Ermənistan Silahlı Qüvvələrinin zabitini əlbəyaxa döyüş zamanı öldürüb.

Və noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına Şəhid olub.

Nəşi iki gün sonra, noyabrın 11-də Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.

Şəhidliyindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda”“Cəbrayılın azad olunmasına görə”“Şuşanın azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Orxan Cabbarovun adı verilib.

Eyni zamanda, Binəqədi rayonu Biləcəri qəsəbəsində adına küçə verilib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şuşa Şəhidlərindən Aqil Quliyev, Kərəm Veyisov və Elvin Abbasovun bu gün Anın Günüdür-ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN ÜÇ İL ÖTÜR…

Read Next

Xalası oğlu ilə Şuşa şəhərində Şəhidlik məqamına ucalan-VÜSAL RÜSTƏMOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir