Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bilirsiniz ki, karantin tədbirlərinin yumşaldılmasının növbəti mərhələsi başlandı. Kafelər, restoranlar artıq demək olar ki, tam şəkildə xidmətə açıldı. Bu fonda artıq toy mərasimlərinin müəyyən şərtlər daxilində keçirilməsi üçün icazə verilməsini zəruri hesab edirəm. Şadlıq evlərinin personalı mağazalarda olduğu kimi, müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsinə riayət olunmasını təmin edə bilər.
Bunu Etikxeber.az-a özəl açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Toy Azərbaycan ailə ənənələrində mühim əhəmiyyətə malik amildir, toylar özlüyündə mülki dövriyyə üçün çox ciddi hərəkətverici amildir. Bir çox sahələr, iş, qazanc yerləri məhz bu mərasimlərlə tam mənasında bağlıdır. Əgər bu gün adi restoranlar açıqdırsa, qapalı məkanda kafelər insanlarla doludursa, şadlıq evlərinin də fəaliyyətinə müəyyən formada, məhdudlaşdırıcı şərtləri gözləməklə gedilməlidir.

Əlbəttə, mən demirəm ki, əldə olunan nailiyyətləri, statistikanı toylara qurban verək, lakin inanın bu gün avtobuslar şadlıq evlərindən daha böyük problemdir. Bu baxımdan, bu sahədə də müəyyən ehtiyat tədbirləri çərçivəsində toylara icazə məsələsində yumşalmaya getməklə, həm əhalinin güzəranını yaxşılaşdıra, həm vergi daxilolmalarını artıra, həm də müəyyən mənada sosial nəbzi daha da sakitləşdirə bilərik”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az