Toyda da masa imtiyazı nəzərdə tutulur… MİLLƏT VƏKİLİ TOYLARIMZIDAN YAZDI

Müasir Azərbaycanda milli adətlərimizin içində ən maraqlısı toya dəvət etmə prosedurası sayıla bilər.

Adam dəvətnamə göndərir və ya şəxsən özünə təqdim edir və toy günü bir də zəng edir ki, bəs kiminlə oturmaq istəyirsiniz.

Demək dəvətnamədən sonra da insana gedib-getməmə seçimini vermək istəmirlər.

Ötənlərdə bir uzaq tanışım zəng edib ki, “bəs bu gün qızının toyudur, bilmək istədim dəvətnamə sizə çatıb, yoxsa yox. Bir də bilmək istərdik ki, harada və kiminlə oturmaq istəyirsiniz?”

Adama xatırladıram ki, bir həftə öncə filan tədbirdən çıxanda dəvətnaməni şəxsən özünüz mənə vermisiniz, dəvətnamə yerə də düşməyib, məndən başqa da yanımızda kimsə olmayıb ki, səhvən ona verəsiniz və sair və ilaxır.

Oturmağa gəldikdə isə, bizim vəhşi toy məclisində səs terroru o qədər vahiməlidir ki, imkan olsa foyeyə bir stul qoyun orada sakit oturub çaydan-zaddan içərəm.

Bunun adına dəvət deməzlər, gəlməsən inciyərik də deməzlər, ayıbdır, dur gəl deyərlər.

Üstəlik də yas məclisində olduğu kimi, toyunda da saxtakarlıq baş alıb gedən gözəl məmləkətim.

Yasda vəzifəli şəxs gələn kimi hamı durub yerini ona verir, toyda da masa imtiyazı nəzərdə tutulur.

Toyunda, yasında belə səmimiyyəti itirmiş bir toplumun durumuna acımaya bilmirsən.

Bu cür azərbaycansayağı dəvətdən sonra indi gəl şənlən görüm, necə şənlənirsən…

Fazil MUSTAFA,

Millət vəkili, BQP başqanı

Etikxeber.az

Read Previous

Bu gün Yağmur günü… – DEPUTAT ŞƏHİD QIZINDAN YAZDI- FOTOLAR

Read Next

“Yazıqlar olsun!” – ƏRDOĞAN HİDDƏTLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir