Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir Şəhidimizin-Qəbələ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ağaşirin Firuz oğlu Babayevin doğum günüdür…
Ağaşirin Babayevin bu gün-16 may 2025-ci il tarixində 24 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur…
Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün Bərdəli Şəhid anaları-Arzu Hüseynova, Səidə Qarayeva və Qazi Rəşad Ramazanovla birlikdə Şəhidimizin Qəbələ rayonundakı ocağını-ailə üzvlərini ziyarət, mövludunda iştirak etdik…
Ziyarət zamanı Ağaşirin Babayevin ruhuna dualar etdik, “Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!”-dedik…
Ruhu qarşısında baş əydiyimizi bildirdik…
Valideynlərinə-anası Əsli xanıma və atası Firuz Babayevə Allahdan səbr və dözüm arzuladıq…
Anası Əsli xanımın dediklərindən:
“Ağaşirin tək oğlumuz, üç bacının tək qardaşı, arxa-dayağımız idi…Onunla bağlı çox arzularımız varıydı,çox…Əsgərlikdən qayıtdıqdan sonra Ona toy etməyi nəzərdə tuturduq…Amma toydan söz düşəndə deyirdi ki, mən hələ işləmək, karyera qurmaq istəyirəm…Bərbər olmaq istəyirdi…Hətta yer də tapmışdı…İndi həmin yerdə adını daşıyan “Şəhid bulağı” var…Sağ olsunlar, onu da məhəlləmizin sakinləri düzəltdilər, bizim əlimizi ağdan-qaraya vurmağa qoymadılar…”
Və təxminən bir saat çəkən ziyarətimimizin sonunda xatirə fotoları çəkdirdik…
Qeyd edim ki, Ağaşirin Babayev 2001-ci ilin may ayının 16-da Qəbələ rayonunun Qəmərvan kəndində dünyaya gəlib.
Ailənin dörd övladından biri, üç bacının tək qardaşı olub.
Orta məktəbi bitirdikdən sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərdə iştirak edib və noyabrın 3-də, 19 yaşında Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi 16 gündən sonra-noyabr ayının 19-da Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
***

Ağaşirin Babayevin mövludunda iştirak, ocağını ziyarət etdikdən sonra Qəbələli Antiterror Şəhidi, iki oğlan övladı Vətənə əmanət qalan ali-hərbi təhsilli, peşəkar hərbçi, Mayor Xəyyam Mirazim oğlu Səmədovun Mirzəbəyli kəndində yaşayan ailəsinə-ata ocağına baş çəkdik…
“Şəhidimizin ruhu şad, məqamı Uca olsun!”-dedik…
Bir ömür boyu Şəhidlərimizə borclu olduğumuzu söylədik…
Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri-anası Səba xanım, atası Mirazim Səmədov, həyat yoldaşı Piyalə xanımla dərdləşdik… söhbətləşdik…
Onlara az da olsa, təsəlli verməyə calışdıq...
Ziyarətimizin sonunda isə xatirə fotoları çəkdirdik…
Bu yerdə qeyd edim ki, Xəyyam Səmədov 16 yanvar 1986-cı il tarixində dünyaya göz açıb.
Ailənin üç övladından, iki qardaşdan biri olub
1993-2014-cü illərdə İlham Kərimov adına Mirzəbəyli kənd orta məktəbində təhsil alıb.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Ali təhsilli-peşəkar hərbçi olub.
Ali-hərbi təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Leytenant hərbi rütbəsi ilə xidmətə başlayıb.
Mayor hərbi rütbəsinə qədər yüksəlib.
Bir sıra hərbi əməliyyatlarda, o cümlədən İkinci Vətən Müharibəsində iştirak edib.
İkinci Vətən Müharibəsindən öncə və sonra medallarla təltif olunub.
Antiterror əməliyyatı zamanı isə sentyabrın 20-də Ağdərə istiqamətində Şəhidlik məqamına yüksəlib.
Nəşi 21 sentyabr 2023-cü il tarixində Mirzəbəyli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalına və 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb.
Murad və Nicat adlı iki oğlan övladı Vətənə əmanət qalıb.
Hər iki Şəhidimizin ruhları bir daha şad olsun!
Hər ikisi də Nurlar içində yatsınlar!
***
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az