“Toylar kralı” Çovdarovun işində adı keçən şəxsin məhkəməsində dindiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda Manaf Ağayev Akif Çovdarovun işində zərərçəkmiş olan iş adamının məhkəməsində ifadə verib.

Qeyd edək kİ, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.

İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Etikxeber.az

Read Previous

İki yaşlı uşağın əməliyyat zamanı ölməsi ilə bağlı cinayət işi başlandı – Bakı Şəhər Prokurorluğu

Read Next

“Gərəksiz və səmərəsiz nə varsa, hamısı keçmişdə qalmalıdır” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir