Toylarda 150 nəfərlik limitin artırılması nəzərdə tutulmur-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB

Toylarda 150 nəfərlik limitin artırılması nəzərdə tutulmur.

Etikxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, qoyulmuş məhdudiyyət şənliyin keçirilməsinə və virusdan qorunmağa imkan verir.

***

“Tibbi maska ilə bağlı qərarda yumşalma nəzərdə tutulmur”-deyən Prezidentin köməkçisi vətəndaşlara da müraciət edib.

“Əlləri yumaq, maska taxmaq, sosial məsafəni qorumaq vaksin olunanda belə əhəmiyyətini itirmir. Bu qaydalara əməl etmək vacibdir”– deyə, Ş. Mövsümov vurğulayıb.

Etikxeber.az

Read Previous

376 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Read Next

3 medallı, ailənin tək və subay oğlu-ŞƏHİD BƏXTİYAR ASLANOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ: MƏZARININ İZDİHAMLI ZİYARƏTİ VƏ 23 YAŞININ TAMAMI İLƏ BAĞLI MƏRASİM – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir