Toylarda karantin qaydalarını pozan 4 nəfər cərimələndi-37 NƏFƏR İSƏ ŞƏNLİYƏ BURAXILMADI

Yanvarın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 103 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, monitorinq 99 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

37 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Etikxeber.az

Read Previous

Tağıyevin heykəlinə hörmətsizlik: Heykəli zədələməkdə şübhəli bilinən şəxslər saxlanıldı-HEYKƏL BƏRPA EDİLDİ – FOTOLAR

Read Next

“Təhsil Nazirliyi və onun müvafiq şöbəsi nə işlə məşğuldur və 20 Yanvarla bağlı təxribatı nədən “görməz” olublar?”-MƏLAHƏT İBRAHİMQIZI ÜSYAN ETDİ, DTX-YA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir