“Toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur ki…”-MM-İN KOMİTƏ SƏDRİ HÖKUMƏTİ İSRAFÇILIĞIN QARŞISINI ALMAĞA ÇAĞIRDI

Hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bugünkü iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“İsrafçılıq, demək olar, bütün sahələrdə var. İsrafçılığın qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var”-deyən komitə sədri bildirib ki, toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur.

“Aydındır ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə, israfçılıqdır. Digər tərəfdən, deyirlər ki, bunun qalan hissəsini sabah yenidən süfrəyə qoyacağıq. Bu da qida təhlükəsizliyi baxımından uyğun deyil və AQTA-nın işini artırır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İdxaldan asılılığın azaldılmasına nail olmalıyıq…”-ƏLİ ƏSƏDOV HÖKUMƏTİN PRİORİTETLƏRİNİ AÇIQLADI

Read Next

“Biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir