Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Siyasət Akif oğlu Mustafayevin doğum günüdür.
Siyasət Mustafayevin sabah-2 may 2025-ci il tarixində 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Cənnətdəki beşinci doğum günü ilə bağlı bir gün öncə-1 may 2025-ci il tarixində Bərdəli Şəhid anası Arzu Hüseynova, Ağdaşlı Şəhid valideynləri Gülzar Çələbiyeva və Fərəcullah Çələbiyev, o cümlədən Bərdəli-Qazi Rəşad Razmaznov və ailə üzvləri Siyasət Mustafayevin ocağını ziyarət ediblər.
Onlar Şəhidin valideynlərinə-anası Elmira xanıma və atası Akif Mustafayevə Allahdan səbr və dözüm arzulayıb, övladları Siyasət Mustafayevin Cənnətdəki beşinci doğum gününü təbrik ediblər.
Təxminən 40 dəqiqə çəkən ziyarətin sonunda isə xatirə fotoları çəkdirilib.
Etikxeber.az xəbər verir ki, Siyasət Mustafayev 1996-cı ilin may ayının 2-də Ağdaş rayonunun Abad kəndində-sadə bir ailədə dünyaya gəlib.
Sonra ailəsi ilə birlikdə Pirəyir kəndinə köçüblər.
Evin-ailənin iki övladından biri, tək oğul, tək bacının tək qardaşı olub.
Ondan 2 yaş böyük olan bacısı Salatın xanım hazırda ailəli, iki övlad anasıdır.
2002-2013-cü illərdə Abad kənd orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən sonra-2014-2016-cı illərdə Bakı şəhərində həqiqi hərbi xidmətdə olub.
2016-2018-ci illərdə Türkiyədə və Rusiyanın Dağıstan bölgəsində işləyib, çalışıb, ailəsinə dəstək olub.
2018-ci ildən isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.
İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərə qatılıb və elə müharibənin ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, sentyabrın 28-də Cücük kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, Ağdaşın ilk, həm də Pirəyir-Cücükün yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra 3 medalla – “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsinin yaşadığı küçəyə Onun adı verilib.
24 yaşında Şəhidlik məqamına ucalan Siyasət həm də nişanlı olub.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 29 yaşı mübarək olsun!
Nur içində uyusun!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az