TQDK buraxılış imtahanları və yekun qiymətləndirmə ilə bağlı yeni təqvim planını təsdiqlədi

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı”nı təsdiqləyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Etikxeber.az-a verilən xəbərə görə, təhsil şöbələri və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini, o cümlədən ümumi təhsil səviyyəsində  buraxılış imtahanlarının yeni təhsil proqramları (kurikulumları) əsasında birinci mərhələsinin keçirilməsi məqsədilə IX sinif şagirdlərinə aid məlumatların 01.11.2016 tarixdən 15.01.2017 tarixədək “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

Etikxeber.az

Read Previous

İmişlinin Təhsil Şöbəsində qalmaqal – “Qapını da arxadan bağladı…”

Read Next

Sərab sexində partlayış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir