Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda 9 ay ərzində baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.
Etikxeber.az Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 ayı ərzində respublikanın avtomobil yollarında 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 571 nəfər həlak olub, 1555 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), ölənlərin sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.
Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər ölüb, 515 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.
Etikxeber.az