“Tramp bizim təbii müttəfiqimizə çevrilə bilər…” – ƏSƏD

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin müttəfiqi rolunda çıxış edəcəyini istisna etməyib.

Etikxeber.az-ın məlumatına görə, Əsəd “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, seçkiöncəsi kampaniya zamanı Trampın terrorçuluqla mübarizə məsələləri ilə bağlı söylədikləri dəqiq və aydın olub.

“Təbii ki, bu, yaxşıdır. Lakin hər şey Trampın bu istiqamətdə hərəkət etməsi ilə bağlı iradəsindən asılıdır. Əgər o, bütün maneələri aşa bilsə və doğrudan da terrorçuluğa qarşı addımlar atsa, düşünürəm ki, bizim təbii müttəfiqimizə çevrilə bilər” – deyə, o, vurğulayıb.

Etikxeber.az

Read Previous

Dünya şöhrətli Rəşid Behbudovun 100 illiyi təntənəli şəkildə qeyd olundu – FOTOLAR

Read Next

Uşaq Filarmoniyası “Yeni il” adlı konsert proqramı ilə çıxış edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir