Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ yeni seçilmiş Prezidenti Donald Trampın inaqurasiya mərasimi keçirilir.
Etikxeber.az xəbər verir ki, mərasimdən əvvəl Donald Tramp ilə Barak Obama arasında Ağ evdə görüş olub. Görüşdə Donald Trampın və Barak Obamanın xanımları da iştirak ediblər.
Sonra Barak Obama və Donald Tramp birgə avtomobil karvanının müşayiəti ilə inauqurasiya mərasiminin keçirildiyi ABŞ konqresinə gəliblər.
Mərasimdə prezidentliyə namizə Hillari Klinton və onun həyat yoldaşı, sabiq Prezident Bill Klinton, həmçinin ABŞ-ın digər keçmiş prezidentləri, dövlət və hökumət nümayəndələri, konqresin üzvləri iştirak edirlər.
Qeyd edək ki, hazırda bəzi qruplar tərəfindən Trampın prezidentliyinə etirazlar davam edir.
Etikxeber.az