Tramp hər kəsi Tehranı dərhal, Çin isə öz vətəndaşlarını İsraili tərk etməyə çağırdı-EYNİ ZAMANDA, İRAN ABŞ-LA NÜVƏ DANIŞIQLARINI BƏRPA ETMƏK İSTƏDİYİNİ AÇIQLADI – YENİLƏNİB

ABŞ prezidenti Donald Tramp hər kəsin İranın paytaxtı Tehranı dərhal tərk etməli olduğunu deyib.

Etikxeber.az xəbər verir ki, Tramp bunu öz “Truth” hesabında yazıbhttps:

O, “İran nüvə proqramı ilə bağlı onlara imzalamağı söylədiyim sazişi imzalamalı idi. Bu biabırçılıq və insan tələfatıdır. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal tərk etməlidir!”-deyə, yazıb.

Tramp ancaq insanların niyə Tehranı boşaltmalı olduqlarını deməyib.

***

Çinin İsraildəki səfirliyi isə ölkədəki vətəndaşlarına İordaniya ilə sərhədi keçməyə üstünlük verilməsinin vacibliyini qeyd edərək, onlara ölkəni quru sərhədləri vasitəsilə tez bir zamanda tərk etməyi tövsiyə edib.

Bu haqda səfirliyin rəsmi “WeChat” hesabında yaydığı bəyanatda deyilir.

“Hazırda İsrail və İran arasında münaqişə kəskinləşməkdə davam edir, bir çox mülki obyektə ziyan dəyib, mülki əhali arasında itkilərin sayı artmaqda davam edir və təhlükəsizlik vəziyyəti daha da ciddiləşib”-deyə, bəyanatda qeyd olunur.

***

İran rəsmiləri vasitəçilərə bildiriblər ki, onlar ABŞ-la danışıqları bərpa etməyə hazırdırlar. Lakin ilk növbədə İsrailin hücumlarını dayandırmasını istəyirlər.

Bu barədə isə “Washington Post“ mənbələrə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, atəşkəs danışıqlarına başlamaq səylərinə Oman və Qətər rəhbərlik edib.

Etikxeber.az

Read Previous

İsrail-İran müharibəsi: Hindistanı narahat edən nədir?-POLİTOLOQUN ŞƏRHİ

Read Next

“Xamenei Səddam Hüseynin taleyini xatırlamalıdır…”-İSRAİLİN MÜDAFİƏ NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir