“Qətər tarixən terrorizmin sponsoru olub, buna son qoymaq lazımdır”.
Etikxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq”-deyən Tramp bildirib ki, Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb.
“Onlar ekstremist ideologiyaya sponsorluğu dayandırmalıdırlar”– deyə, D.Tramp bildirib.
Etikxeber.az